Mina qurbanlarının ailələrinə təhsil haqqı dəstəyinin veriləcəyi tarix açıqlanıb
Elm və Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynlinin sözlərinə görə, minatəmizləmə zamanı həlak olan və ya xəsarət alan şəxslərin ailə üzvlərinin dövlət və özəl ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsasla təhsil haqları sentyabr ayından dövlət büdcəsi hesabına qarşılanacaq. Qərar həm yeni, həm də əvvəl baş vermiş mina hadisələrindən zərər çəkmiş ailələri əhatə edəcək və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
06 may 2026

