Milyonlarla manat dələduzluqda təqsirləndirilən şirkət rəhbəri həbs edilib

2021-02-18 16:09

“Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləyən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti qurub. Nəticədə 14 şəxsə 2 milyon 435 min manat məbləğində ziyan vuraraq dələduzluq ediblər. Eləcə də 65 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 413 min 260 manat məbləğində pul vəsaitini ələ keçiriblər. Habelə, ər-arvadın xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib. Baş Prokurorluqdan verilən məlumata görə, həmin şəxslərə qarşı cinayət işi açılıb, Yeganə Nağıyeva həbs edilib, Ədalət Nağıyev isə polisin nəzarətinə verilib.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik