Canlı
Millimizin sabiq voleybolçusu karyerasını Ukraynada davam etdirəcək

2018-06-13 / 12:32

Azərbaycan millisinin sabiq voleybolçusu Vasif Talıbov karyerasını Ukraynada davam etdirəcək. 45 yaşlı mütəxəssis “Vinnitsa” klubu ilə sözləşməsini yeniləyib. Talıbov 1 illik müqaviləyə imza atıb. Həmyerlimiz ötən ildən bu komandanın baş məşqçisidi. Kişi voleybolçulardan ibarət “Vinnitsa” onun rəhbərliyi altında Yüksək Liqanın 2017/2018 mövsümündə 5-ci yeri tutub.

Ruhəngiz Hacızadə