Millimizin oyunlarının stadionları açıqlanıb
2020-08-17 14:08
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib. Yığma oktyabrın 8-də Nitra şəhərindəki eyniadlı stadionunda Slovakiya ilə üz-üzə gələcək. Oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.
Vəfa Şairova