Millimizin oyunçusu Qazaxıstan klubuna keçib
2021-12-08 12:12
Azərbaycan millisinin və "Araz-Naxçıvan" klubunun futzalçısı Hadi Ahmadi karyerasını Qazaxıstanda davam etdirəcək. 27 yaşlı oyunçu "Bayterek"lə anlaşıb. Hücumçunun Uralsk təmsilçisi ilə müqaviləsi 2022-ci ilin mayınadək nəzərdə tutulub.
Fərid Mehdiyev