Millimizin məşqçiləri yoxlama oyunlarını izləyəcək
2020-08-14 14:09
Futbol üzrə Azərbaycan milli komandasının məşqçi heyəti bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını izləyəcək. Baş məşqçi Canni De Byazi “Keşlə” – “Səbail” matçına baxacaq. 64 yaşlı italiyalı mütəxəssis köməkçiləri isə “Sumqayıt” – “Zirə” və “Neftçi” – “Qəbələ” oyununu izləyəcəklər.
Vüsalə Camal