Millimizin iki futbolçusu yığmanın düşərgəsində koronavirusa yoluxub
2020-11-16 16:10
Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub. Bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Hər iki oyunçu Xorvatiyada karantinə alınıb. Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti olub və onlardan test götürülüb. Test müsbət nəticə verib. Ona görə də onların hər ikisi özünütəcrid rejimindədir. Həkim nəzarətində olan oyunçular təkrar test neqativ çıxdıqdan sonra Bakıya göndəriləcəklər.
Vüsalə Camal