Millimizin heyətində dəyişiklik edilib
2020-10-07 17:09
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Məlumata görə, “Qarabağ”ın futbolçusu Mahir Emreli yığmanın düşərgəsini tərk edib. Buna səbəb hücumçunun zədəli olmasıdır. O, Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Monteneqro, 13-də isə Kipr yığması ilə keçirəcəyi oyunlara hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışında iştirakını dayandırıb.
Nərgiz Camal