Millimizin futbolçusunun səhhətində problem yaranıb
2020-10-26 16:07
Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarovun II Bundesliqanın V turunun "Bohum"la səfər oyununda meydana çıxmamasının səbəbi müəyyənləşib. 30 yaşlı yarımmüdafiəçi səhhətində yaranmış problemə görə sözügedən qarşılaşmanı buraxmalı olub. Təcrübəli oyunçunun sıraya nə vaxt qayıdacağı açıqlanmayıb.
Fərid Mehdiyev