Millimizin futbolçusu koronavirusdan sağalıb
2020-10-14 14:00
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin yarımmüdafiəçisi Fərid Nəbiyev dünən növbəti dəfə koronavirus testindən keçib. 21 yaşlı futbolçunun analizinin nəticəsi mənfi çıxıb. Karantin müddəti başa çatan Nəbiyev sabahdan komanda ilə birlikdə məşqlərə başlayacaq. Oktyabrın əvvəlində koronavirusa yoluxmuş Fərid Nəbiyev bu səbəbdən U-21-in Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Gürcüstanla keçirdiyi oyunları buraxmalı olub.
Vüsalə Camal