Millimizin üzvü Fransada keçirilən beynəlxalq yarışın qalibi olub
Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın La Manş şəhərində keçirilən beynəlxalq yarışın qalibi olub. Təmsilçimiz rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kuboka yiyələnib. Yarışda ümumilikdə 21 ölkə təmsil olunub.
Fərid Mehdiyev