Millimizi baş məşqçisi Canni de Byazi yığmamızı xaraktersiz və qorxaq adlandırıb
2021-04-07 14:00
"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm". Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib. 66 yaşlı mütəxəssis yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzduqlarını xatırladıb. Komandada yeni sistemi sınadıqlarını deyib. 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəklərini bildirən çalışdırıcı yığmada çatışmazlıqların olduğunu vurğulayıb.
Nərgiz camal