Millimiz yoxlama oyunu keçirəcək
2020-08-21 18:09
Futbol üzrə Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirəcək. Canni De Byazinin baş məşqçi olduğu milli Lyublyana şəhərində Sloveniya ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 10-da gerçəkləşəcək. Qeyd edək ki, müvafiq günlərdə milli komandaların yoldaşlıq oyunu keçirməsi UEFA-nın tələbidir.
Nərgiz Camal