Millimiz yoldaşlıq görüşündə Türkiyə yığmasına məğlub olub
2021-05-28 10:10
Futbol üzrə Türkiyə və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib. Alanyadakı matç Türkiyənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Emin Mahmudov hesabı açsada, "ay-ulduzlular" ilk hissə başa çatmamış Halil İbrahim Dervişoğlu və Kaan Ayhanın dəqiq zərbələri ilə önə keçiblər. Yığmamız iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.
Fərid Mehdiyev