Millimiz martın 22-də Monqolustan, üç gün sonra Bolqarıstanla üz-üzə gələcək
Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Cədvəldə Azərbaycan millisi bir pillə irəliləyib, 112-ci sırada qərarlaşacaq. Buna komandamızın Monqolustan və Bolqarıstanla görüşləri səbəb olacaq. Əgər ehtimallar doğrulsa, millimiz Keniya və Konqonu keçəcək. Əvəzində Hindistan yığmamızı geridə qoyacaq. Millimiz martın 22-də Monqolustan, üç gün sonra Bolqarıstanla üz-üzə gələcək.
Fərid Mehdiyev