Millimiz bu gün Sloveniya ilə görüşə çıxır
2020-11-11 10:09
Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Canni De Byazinin baş məşqçi olduğu komanda Lyublyana şəhərində Sloveniyanın qonağı olacaq. Saat 23.45-də başlayacaq qarşılaşmanı macarıstanlı referi Ferents Karako idarə edəcək. Bu, De Byazinin rəhbərliyi altında ilk yoldaşlıq matçı olacaq. Digər tərəfdən, Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gələcək. Sloveniya ilə duel yığmanın Millətlər Liqasındakı qarşılaşmalarına hazırlıq məqsədi daşıyacaq. Azərbaycan yığması noyabrın 14-də Monteneqro, noyabrın 17-də Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunlarında üz-üzə gələcək.
Nərgiz Camal