Millimiz bu gün Macarıstan yığmasını qəbul edəcək

2019-06-08 12:20

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 8-ci km qəsəbə stadionunda Macarıstan yığmasını qəbul edəcək. Bu milli komandanın E qrupunda ikinci qarşılaşması olacaq. Azərbaycan – Macarıstan görüşü saat 20-də başlayacaq.

Vüsalə Camal