Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq
2021-02-27 14:02
Martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqədə Azərbaycanı 10 kişi və 3 qadın cüdoçu təmsil edəcək. Martın 7-də yekunlaşacaq Böyük Dəbilqədən sonra kişilərdən ibarət yığma Özbəkistanda qalaraq, müxtəlif ölkələrin cüdoçuları ilə birlikdə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi martın 18-dək davam edəcək. Qadın cüdoçulardan ibarət milli isə Bakıya qayıdacaq. Martın 10-da yığma birgə toplanış keçmək üçün Albaniyanın paytaxtı Tiranaya yollanacaq. Martın 20-dək davam edəcək hazırlığın məqsəd isə Tokio olimpiadasında layiqincə təmsil olunmaqdır.
Vüsalə Camal