Millimiz azlıqda qalan rəqibini məğlub edə bilmədi
2020-11-15 10:09
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçi olduğu komanda qrup mərhələsinin V turunda Monteneqronu qəbul edib. Ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərində baş tutan görüş qolsuz heç-heçə ilə başa çatıb. İlk hissədə rəqibin azlıqda qalması da, futbolçularımızın işinə yaramayıb. Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi 3-cü pillədəki yerini qoruyub. Beləliklə, yığma qrup qalibi olmaq şansını əldən verib. Monteneqro isə 10 xalla liderliyə yüksəlib. Çünki qrupun digər oyununda Lüksemburq səfərdə Kiprə 1:2 hesabı ilə uduzub.
Nərgiz Camal