Millimiz Avropa çempionatına 14 cüdoçu ilə yollanır
2020-11-09 12:09
Cüdo üzrə Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlının sözlərinə görə, yarışda ümumilikdə 14 idmançı çıxış edəcək. Avropa çempionatı noyabrın 21-dək davam edəcək.
Nərgiz Camal