Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək. Millimiz Bakı vaxtı ilə saat 18-də Bolqarıstanın Albena şəhərində keçiriləcək oyunda lüksemburqlu həmyaşıdları ilə qarşılaşacaq. Daha əvvəl komandamız Bolqarıstan və Türkiyə seçmələrinə məğlub olub.