Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Milli qəhrəmanımız 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. Həqiqi hərbi xidmətini 2007-ci ildə başa vuran Mübariz, 2009-cu ilin avqust ayında gizir rütbəsi aldıqdan sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib. O, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30-da təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Nərgiz Camalzadə