Canlı
Milli mətbəximiz Yunanıstanda beynəlxalq festivalda nümayiş etdirilib

2018-06-13 / 12:32

Yunanıstanın məşhur Saloniki şəhərində qida festivalı keçirilib. 21-ci Qida Festivalında Azərbaycanı “Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Cəmiyyətin üzvləri festivalda Azərbaycanın plov, dolma, qutab və digər təamlarını tanıdıblar. İştirakçılar milli xörəklərimizə böyük maraq göstəriblər. Festival həm də xeyriyyə məqsədi daşıyıb. Buradan əldə olunan vəsait Filiroda yerləşən yunan uşaq evinə bağışlanıb.

Ruhəngiz Hacızadə