Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak edən parlament sədrləri ilə görüş keçirib.Görüşdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da iştirak edib.Assambleya çərçivəsində sədr Venesuela parlamentinin vitse-spikeri Qresia Colmenares ilə də görüş keçirib.Görüşdə parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub, ölkələr arasında BMT və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafından məmnunluq ifadə edilib.Sahibə Qafarova Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Venesuela tərəfi isə bu platformanın işini yüksək qiymətləndirərək əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.
17 aprel 2026

