Milli Məclisin sədr müavinləri təyin edilib

Bu gün V çağırış Milli Məclisin ilk sessiyasında MM sədri müavinlərinin seçkisi keçirilib. Ziyafət Əsgərov MM sədrinin I müavini, Bahar Muradova və Valeh Ələsgərov isə sədr müavinləri seçiliblər. Milli Məclisdə 4 yeni komitə yaradılması ilə bağlı qanun layihəsi var. Parlamentdə Səhiyyə, Ailə, qadın, uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələri yaradılır. V çağırış Milli Məclisdə 16 komitənin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Vəfa Şairova