Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdid xarakterli fəaliyyətlərinin hələ də davam etdiyini bəyan edib. Komissiyanın yaydığı məlumatda bildirilir ki, Fransa parlamentində qəbul olunan qətnamələr, beynəlxalq təşkilatlarda aparılan anti-Azərbaycan təşəbbüsləri, media kampaniyaları, erməni lobbisinin fəaliyyəti, eləcə də Ermənistana silah tədarükü ölkəmizə qarşı təzyiq vasitələri kimi qiymətləndirilir. Sənəddə həmçinin Fransanın Azərbaycanda casusluq fəaliyyəti ilə məşğul olduğu və bəzi radikal qruplardan hibrid təhdid aləti kimi istifadə etdiyi iddia olunub. Komissiya Fransanın bu fəaliyyətlərinin regionda sülh və sabitliyə mənfi təsir göstərdiyini vurğulayaraq, Fransa xalqına müraciət edib və iki ölkə xalqları arasında dostluq münasibətlərinin davam etdirilməsinin vacibliyini qeyd edib.

16 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik