Milli Məclisin komissiyası Azərbaycana qarşı hibrid hücumları pisləyən bəyanat yayıb
Milli Məclisin komissiyası Azərbaycana qarşı hibrid hücumlarla bağlı bəyanat yayıb.Bəyanatda son dövrlər ölkənin dini-ideoloji təxribatlara, koordinasiyalı informasiya əməliyyatlarına və kiberhücumlara məruz qaldığı bildirilib.Bu fəaliyyətlər ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə parçalanma yaratmağa və dövlət qurumlarına etimadı sarsıtmağa yönəlib. Bəyanatda saxta hesablar, botlar və dezinformasiya vasitəsilə milli, dini və siyasi zəmində qarşıdurma yaratmaq cəhdlərinə də diqqət çəkilib.Komissiya Azərbaycana qarşı hibrid təhdidlərin qarşısının alınması istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb, ölkəyə qarşı aparılan bu cür fəaliyyətləri qınayan dost və qonşu ölkələrin vətəndaşlarına təşəkkür edib.
16 oktyabr 2026

