Milli Məclisin işçi qrupu Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirlərlə bağlı bəyanat yayıb
Milli Məclisin Azərbaycan -Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı səsləndirilən fikirlərlə bağlı bəyanat yayıb. Bəyanatda Prezident İlham Əliyevə və Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr, eləcə də əsassız ittihamlar narahatlıq doğuran hal kimi qiymətləndirilib.İşçi qrupu Azərbaycanın müstəqil və suveren dövlət olduğunu vurğulayaraq, ölkənin daxili işlərinə müdaxilənin yolverilməzliyini qeyd edib. Türkiyənin siyasi dairələri və hakim AK Parti nümayəndələri məsuliyyətli davranmağa, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət etməyə çağırılıb.
13 oktyabr 2026

