Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi qəbul edilib
2021-05-31 12:05
Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi qəbul edilib. Qanun layihəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılması, Qoruğun qorunması və bərpası üçün xüsusi Fondun ərsəyə gəlməsi, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər nəzərdə tutulur.
Vüsalə Camal