Milli Məclis hərbi vəziyyətin ləğv edilməsini təsdiqləyib
2020-12-11 12:09
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb. Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si gecə saat 12-dən hərbi vəziyyət ləğv olunacaq. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Vüsalə Camal