Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib
"Fransa parlamentarilərini öncə öz ölkəsini müstəmləkəçilik siyasətindən çəkindirməyə çağırırıq. Fransanı törətdiyi insanlığa qarşı cinayətləri tanımağa, Fransanı təbii sərvətlərini taladığı ölkələrə kompensasiya ödəməyə, Fransanı cinayət törətdiyi ölkələrdən üzr istəməyə çağırırıq". Bu fikrilər Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı qəbul etdiyi bəyanatda əksini tapıb. Parlament Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə bir sıra tədbirlərin görülməsi ilə bağlı çağırış edib.