Milli Məclis Bəyanat qəbul edib
Milli Məclis ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanat qəbul edib. Sənəddə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamların regionda sülh və sabitlik yaradılması səylərinə ciddi mane törətdiyi vurğulanır. "Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə ABŞ tərəfinin Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi təkrarladığı qeyd edilib.
Fərid Mehdiyev