Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib

2019-10-08 14:04

Milli Məclisin növbəti plenar iclasını açan sədr Oqtay Əsədov Novruz Məmmədovun Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etdiyini bildirib. İclasda Azərbaycan Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

Fərid Mehdiyev