Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edilib
2020-11-26 16:09
Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT rəhbərliyinə müraciət edilməsi, Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılması və dərindən təhlil edilməsi təklif edilib.
Vüsalə Camal