Milli komandamızın baş məşqçisi və kapitanının The Best mükafatında vediyi səslər açıqlanıb
2021-01-18 10:10
Futbol üzrə milli komandamızın baş məşqçisi Canni De Byazi və yığmanının kapitanı Maksim Medvedyevin FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda kimə səs verdiyi məlum olub. İtaliyalı mütəxəssis ilin ən yaxşısı adına Robert Levandovskini laiq görüb. O, Çelsidən Jorjinyonu 2-ci, "Liverpul"dan Məhəmməd Salahı isə 3-cü seçib. Maksim isə PSJ klubundan Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini ikinci, "Çelsi" klubundan fransalı yarımmüdafiəçi N Qolo Kanteni isə üçüncü sırada göstərib.
Nərgiz camal