Milli komandamızın Avropa çempionatında çıxış edəcək heyəti açıqlanıb
2020-10-29 18:09
Noyabrın 19-da start götürəcək cüdo üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmamız Çexiyanın paytaxtı Praqada təşkil olunacaq yarışa 16 cüdoçu ilə yollanacaq. Tatami üzərinə 9 kişi və 7 qadın idmançımız çıxacaq. Demək olar ki, bütün aparıcı cüdoçular qitə çempionatı üçün heyətə daxil edilib. Kişilərdən ibarət komandanın şərəfini Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və Uşanqi Kokauri kimi tanınmış tatami ustaları qoruyacaq. Qadınların mübarizəsində isə əsas ümidlər İrina Kindzerskanın çıxışına yönələcək.
Nərgiz Camal