Millətlər liqasında Niderland Belçikanı darmadağın edib
2021-06-04 10:13
Ötən gün UEFA Millətlər Liqasının 1-ci turunda növbəti oyunlar keçirilib. A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edib və 1:2 hesablı məğlubiyyətə üzülüb. Qrupun digər matçında Xorvatiya və Avstriya komandaları üz-üzə gəliblər. Bu oyunda da xorvatlar doğma meydanda 0:3 hesabı ilə uduzub. 4-cü qrupda isə Belçika və Niderland komandaları münasibətlərə aydınlıq gətiriblər. meydan sahiblərinin 1 qoluna qonaqlar 4 qolla cavab veriblər. Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Qazaxıstanın qonağı olub və 2 cavabsız qolla uduzub. Slovakiya isə Serbiyada Belarusun qonağı olub və minimal hesabla qalib gəlib.
Vüsalə camal