Canlı
Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası keçirilir

2018-12-06 / 13:54

İtaliyanın Milan şəhərində ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 25-ci illik iclası işə başlayıb. Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Xarici siyasət idarələrinin rəhbərləri ATƏT məkanında mövcud olan münaqişələrin həlli, ATƏT-in böhranların idarə olunması qabiliyyətinin gücləndirilməsi və müasir çağırışlara cavab vermək məsələlərini müzakirə edəcəklər. İclasda həmçinin 2019-cu ildə ATƏT-ə sədrlik edəcək Slovakiyanın prioritetləri açıqlanacaq.

Ruhəngiz Hacızadə