Mikroavtobusla yük maşını toqquşub, xəsarət alanlar var
Sabirabadın Bulaqlı kəndində mikroavtobus yük maşını ilə toqquşub. Qəza zamanı 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı, 1998-ci il təvəllüdlü Zeynalov Elçin Xanlar oğlu, 1992-ci il təvəllüdlü Salayev Sübhan Etibar oğlu, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu və 1970-ci il təvəllüdlü Məmmədova Cəvahir Əliş qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralalanlar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Nərgiz Camalzadə