Mikroavtobusla yük avtomobili toqquşub, ölənlər var
Lənkəranda “Mercedes Vito” markalı mikroavtobusla yük avtomobili toqquşub.Nəticədə mikroavtobusda olan 1961-ci il təvəllüdlü Gülnaz Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Nəsirov həyatını itirib. 1978-ci il təvəllüdlü Gülnarə Hüseynova isə xəsarət alıb. Sabirabadda isə “Mercedes” markalı avtomobil yolu keçən Cəbrayıl rayon sakini, 1979-cu il təvəllüdlü Əsədov Yalçın Arif oğlunu vuraraq öldürüb.Faktlarla bağlı araşdırma aparılır.
17 sentyabr 2026

