Mikroavtobus aşıb, yaralılar var
Astara rayonunun Deqədi kəndində mikroavtobus idarəetməni itirib və yoldan çıxaraq aşıb. Mikroavtobusda olan 20-yə yaxın sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
11 noyabr 2026

