Mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb
Xocavənd rayonunda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var. Hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb. Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb. Mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. 9 nəfərdən 5-i Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Azad Mustafayev