Meydançanın durumuna baxmayaraq, futbolçularım qalib gəlmək üçün ən yaxşısını etdilər - Qurban Qurbanov
2021-11-05 12:12
Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində "Qarabağ" Qazaxıstanda "Kayrat"ın qonağı olub. Görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qarabağ" xalını 10-a çatdırıb və qrup liderliyinə yüksəlib. Həmçinin, qrupdan çıxışı təmin edib. Buna Bazelin Kirpdə Omoniya ilə 1:1 hesablı heç-heçə etməsi imkan yaradıb. Köhlən atların baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında komandasından razı qaldığını deyib.
Vüsalə camal