Messi zədələndiyini açıqlayıb
Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya ilə oyunda zədələndiyini bildirib. "Əzələmdə narahatlıq hiss etdim. Bu, ilin son oyunu idi, ona görə də sağalmağa vaxtım var ki, 2024-cü ilə tam hazır başlaya bilim", - Messi deyib. Xatırladım ki, həmin matç Rio-de-Janeyrodakı “Marakana” stadionunda Bakı vaxtı ilə saat 04:30-da başlamalı idi. Lakin yaranan iğtişaşlar səbəbindən start fiti gecikib - tribunada azarkeşlər arasında dava düşüb. Messi komandasını meydandan çıxarıb, lakin yarım saatdan sonra argentinalı futbolçular geri qayıdıblar və Braziliyanı 1:0 məğlub ediblər.
Emin İsazadə