Messi qışda "Mançester Siti"yə keçə bilər
2020-10-18 13:09
İspaniya "Barselona"sının futbolçusu Lionel Messi qışda İngiltərənin "Mançester Siti" klubuna keçə bilər. Kataloniya təmsilçisi 33 yaşlı hücumçunun transferindən 15 milyon funt kompensasiya əldə edəcəklər. Argentinalı forvardın hazırkı müqaviləsi gələn yay başa çatacaq. Bu mövsüm Lionel Messi 4 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Vüsalə Camal