"Mercedes"in dərəyə aşması nəticədə avtomobilin yanar hissələri yanıb
2021-06-07 10:08
Şəmkir rayonunun Çənlibel kəndində "Mercedes"in dərəyə aşması nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Tovuz rayonunun Qovlar şəhərində isə "VAZ" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çarpılıb. Avtomobilin mühərrik hissəsi yanıb. Hər iki halda yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Vüsalə camal