"Mercedes" komandasının britaniyalı pilotu Luis Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi olub
2021-03-29 12:09
"Mercedes" komandasının britaniyalı pilotu Luis Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi olub. Yarışı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə "Mercedes" komandasının digər təmsilçisi, finlandiyalı pilot Valtteri Bottas başa vurub. "Formula-1"in növbəti mərhələsi 16-18 aprel tarixlərində İtaliyanın İmola şəhərində təşkil ediləcək.
Fərid Mehdiyev