Meksikalı tanınmış sənət xadimi Azərbaycana dəstək olub
2020-10-15 11:07
Ermənistan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun Estoniya ilə səfər matçı öncəsi karantin qaydalarını pozub. Oyun günü millinin nümayəndələrindən birində koronvirus aşkarlanıb. Buna baxmayaraq, komanda üzvləri təcrid qaydalarına əməl etməyərək, Tallində fəaliyyət göstərən erməni kilsəsini ziyarət edib, həmçinin paytaxtda fəaliyyət göstərən "Ararat" klubunun oyunçuları və onların valideynləri ilə görüşüblər. Yoluxma faktına görə, Ermənistan yığmasının oyun öncəsi mətbuat konfransı təxirə salınsa da, UEFA görüşün keçirilməsinə icazə verib.
Vəfa Şairova