Meksika mətbuatında Ermənistan tərəfinin qərəzli iddiaları ifşa olunub
Meksikanın aparıcı KİV-indən olan “El Economista” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan Ermənistanla sülh istəyir” başlıqlı məqalə dərc olunub. Məqalə adıkeçən nəşrdə daha öncə yayımlanmış Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasına cavab olaraq qələmə alınıb. Müsahibədə Azərbaycan ərazisinin iyirmi faizinin 30 il boyunca erməni işğalına məruz qaldığı bildirilib. Minlərlə insanın məcburi köçkünə çevrildiyi, həmin ərazilərin minalandığı və Azərbaycanın tarixi-mədəni irsinin məhv edildiyi qeyd olunub.
Fərid Mehdiyev