Mehriban Əliyeva Raman Saleylə bağlı paylaşım edib
Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib. Paylaşımda idmançı təbrik edilib və onun əldə etdiyi medalların məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatı olduğu qeyd edilib. Azərbaycan millisi Paraolimpiadanın medal sıralamasında 28-ci pillədə qərarlaşıb. Yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var.
Fərid Mehdiyev